AZ
Video yüklə

Azərbaycanda Həkim Iş Başında Siqaret Çəkərkən Görüntüləndi – Xəstə Qəbul Edir…

24 baxış Son xəbərlər
Mingeçevir Şəhər Mərkəzi Xəstəxanasında həkim qaydalara zidd hərəkət edərkən lentə alınıb.



Orman.Az xəbər verir ki, kimliyi bəlli olmayan həkim iş başında olarkən xəstəxana binasının daxilində siqaret çəkir. O, siqaret çəkdiyi zaman otaqda pasiyent də var. Həkim bu işi görərkən pəncərəni açır, sonda da siqaretin kötüyünü xəstəxananın həyətinə atır.



Görüntüləri çəkən şəxs xəstəxana haqqında neqativ fikirlər söyləyir, bütün bunlarda səhiyyə ocağının rəhbərliyini qınayır.

Sakinlər tərəfindən Orman.Az-a göndərilən həmin görüntüləri təqdim edirik:



Qeyd edək ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası bir müddət əvvəl “ayaq yolu”na gedən xəstələrdən ödəniş alınması qalmaqalı ilə gündəmə gəlmişdi.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.