AZ
Video yüklə
Azərbaycanda general işdən çıxarılıb

Bu video hazırda oynadıla bilmir.

Azərbaycanda general işdən çıxarılıb

2 185 baxış Son xəbərlər
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarov təqaüdə göndəriləcək.

Gundem.az xəbər verir ki, Qaynarinfo-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, ədliyyə sahəsində aparılan islahatlar çərçivəsində Məhərrəm Qafarov yaxın vaxtlarda vəzifəsindən azad olunacaq.

Qeyd edək ki, Qafarov Məhərrəm Allahverdi oğlu 19.09.1959-cu il tarixdə Gədəbəy rayonunda anadan olub. 1985-2016 illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. 11.10.2016-cı il tarixdə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin rəis müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, 10.07.2023-cü il tarixində Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib. Onun yeruinə 47 yaşlı ədliyyə polkovniki Mirsaleh Seyidov təyin olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.