Azərbaycanda general işdən çıxarıldı
42 baxış
Son xəbərlər
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb.
"Ölkə.Az"ın “Report”a istinadən məlumatına görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.
Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. Prezident İlham Əliyevin 2019-cu il 11 fevral tarixli sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib.
Xatırladaq ki, Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.