AZ
Video yüklə

Azərbaycanda əhali üçün sürpriz yenilik

321 baxış Son xəbərlər
Azərbaycanda nağdsız ödənişlərdən istifadəni genişləndirmək, eləcə də, vergidən yayınma hallarının qarşısını almaq üçün Vergilər Məcəlləsinə dəyişikliklər gözlənilir.
Oxu.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, ticarət və iaşə obyektlərinə ödəniləcək məbləğin ƏDV-nin bir hissəsi vətəndaşa qaytarılacaq.
Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz təşkil edəcək.

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması üçün alış-verişin çeki tələb edilməlidir.
Onun sözlərinə görə, geriödəmələrin hansı formada reallaşdırılacağı ilə bağlı müxtəlif mexanizmlər nəzərdən keçirilə bilər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.