AZ
Video yüklə

Azərbaycanda dəhşətli qəza: Polis öldü, hərbçi yaralandı

354 baxış Son xəbərlər
Bərdə rayonunda bir Polis əməkdaşının ölümü iki nəfərin müxtəlif dərəcəli bədən xəsarət almasıyla nəticələnən ağır yol qəzası baş verib

YPX.AZ-ın Qarabağ üzrə bölgə müxbirinin bildirdiyinə görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Mustafayev İsa Abış oğlunun idarə etdiyi "Opel" markalı minik avtomobili yüksək sürətlə yoldan çıxaraq qarşı tərəfdən gələn “Nissan" və " Kia" markalı minik avtomobillərini vurub. Hadisə zamanı "Opel"də olan sərnişin, Bərdə rayon sakini Tərtər rayon polis əməkdaş 1983-ci il təvəllüdlü Məmədov Elgün Elburus oğlu ağır xəsarət ilə Tecli-tibbi yardım birqdasının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsada, onda ağır bəyin qanaxmasi olduğundan həkimlər onun həyatını xilas edə bilməyib. "Kia"da olan hərbiçi, Bərdə Rayon Ağali kənd sakini 1991-ci il təvəllüdlü Əliyev Asif Firdovsi oğlu isə bədənin baş nahiyəsinin yaraları tikilərək sarılıb və ablator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində cinayət işi açılıb. Araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.