AZ
Video yüklə

Azərbaycanda daha 2 şəxsdə koronavirus aşkarlandı

602 baxış Son xəbərlər
Bu gün İrandan Azərbaycana gələn daha iki şəxsdə koronavirus aşkarlanıb və onlar xüsusi rejimli bokslara yerləşdiriliblər. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Beləliklə hazırda ölkəmizdə bu virusa yoluxanların sayı 3 nəfərə çatıb və onların vəziyyətlərində ağırlaşma yoxdur. Karantində olan vətəndaşlarımızda isə hələ ki bu virus aşkarlanmayıb.

İrandan Azərbaycana qayıdan daha 2 nəfərdə koronavirus xəstəliyi aşkarlanıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, sərhədi keçən şəxslərdə virusun əlamətləri müşahidə edilib və müayinə zamanı onlarda virus aşkarlanıb. Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın sözlərinə görə, hər iki şəxs xüsusi rejimli infeksion boksa yerləşdirilib.

Beləliklə ölkəmizdə bu virusa yoluxmuş xəstələrin sayı 3 nəfərə çatıb. Hazırda sərhəddə ölkəyə gələnlərə ciddi nəzarət həyata keçirilir və İrandan gələnlər karantinə alınır.

Verilən məlumata görə, İrandan Azərbaycana daxil olarkən xəstəliyin əlamətləri müəyyən edilmiş hər 3 şəxsin səhhətində heç bir ağırlaşma qeydə alınmayıb. Həmin şəxslərə dəstəkverici müalicə tədbirləri davam etdirilir, bunun üçün peşəkar həkim briqadaları tərəfindən iş aparılır.

Qeyd edək ki, karantində saxlanan şəxslər 14 günün tamamında evə buraxılır. Əgər karantin müddətində xəstədə virusla bağlı hər hansı əlamət hiss edilirsə, o, xüsusi boksa köçürülür və müalicəsi orda davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.