AZ
Video yüklə
Azərbaycanda bu qurumda maaşlar artırıldı

Bu video hazırda oynadıla bilmir.

Azərbaycanda bu qurumda maaşlar artırıldı

659 baxış Son xəbərlər
Hesablama Palatasının üzvlərinin təminatları dəyişib.

Sfera.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Hesablama Palatası” haqqında qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Hesablama Palatasının sədri 3150 manat, Hesablama Palatası sədrinin müavini 2800 manat, Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.

Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Qanuna əsasən, Hesablama Palatasının üzvlərinə əmək məzuniyyətinə çıxarkən müavinət verilməsinə dair müddəa da ləğv olunub.

Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.