AZ
Video yüklə

Azərbaycanda bu nazirlik işçi axtarır

70 baxış Son xəbərlər
"Ötən dövr ərzində Azərbaycan Xarici İşlər nazirliyi tərəfindən müfəssəl təhlillər aparılmaqla kadr siyasəti sahəsində mövcud boşluqlar və çatışmazlıqlar aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün işlər aparılıb". Bu fikirləri Xarici İşlər nazirinin müavini Elnur Məmmədov diplomatik xidmətə qəbul olunma ilə bağlı nazirlikdə keçirilən brifinqdə deyib.

Azərbaycan Xarici İşlər Nazirliyində işə qəbulun şəffaflaşdırılması, hər kəsə əlçatanlığı təmin etmək üçün işlərin icrasına başlanılıb. Nazirlikdə bununla bağlı komissiya yaradılıb. Daxili müsabiqə komissiyası tərəfindən ümumilikdə 102 nəfər xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə ezam olunub.

İşə qəbul 2 mərhələdən ibarətdir, imtahan və müsahibə. Hər iki mərhələdən keçmiş namizədlər sınaq müddətindən sonra nazirlikdə işə qəbul olunacaqlar.

Xatırladaq ki, namizədlərə dair əsas tələblər sırasına ali təhsil və üzərinə qoyulmuş vəzifələrin öhfəsindən uğurla gələ bilmək qabiliyyəti kimi meyarlar daxildir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.