AZ
Video yüklə

Azərbaycan vətəndaşları 5 yük maşını yardım toplayıb

141 baxış Son xəbərlər
Azərbaycan vətəndaşları Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həyatını itirənlərin xatirəsinə hörmət məqsədilə qardaş ölkənin Bakidakı səfirliyinin qarşısına gül dəstələri düzüblər. Həmçinin insanlar zəlzələdən zərərçəkənlərə humanitar yardım toplamağa başlayıblar.
Yenilik.az xəbər verir ki, Xəzər TV-nin verdiyi məlumata görə, vətəndaşlarımız zəlzələdən zərərçəkənlərə əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, corab və digər isti geyimlər, həmçinin çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, təmizlik alətləri, elektrik qızdırıcı və digər lazımi əşyalar göndərirlər.
Vətəndaşların köməyi ilə cəmi bir neçə saata 5 yük maşını humanitar yardım yığılıb. Bu gecə yardımla dolu 2 yük maşını Türkiyəyə yola çıxacaq. Yardım etmək istəyən vətəndaşlar isə Babək prospekti 27 ünvanında yerləşən "Doğtaş" mebel mağazasına yaxınlaşa bilərlər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.