AZ
Video yüklə

Azərbaycan qadını şiddətə məruz qalmamalıdır

206 baxış Son xəbərlər
YPX.AZ bu məsələlərə heç vaxt qarışmamış və öz mövqeyini hüquq mühafizə orqanları ilə vətandaşlar arasında həmrəy, isti və inamlı əlaqələr qurulması və maarifləndirmə yönümlü fəaliyyətlər üzərinə qurmuşdur.



Bu gün toxunacağımız mövzu isə son günlərdə uzaq durduğumuz seçki proseslərinin içindən seçib çıxardığımız bir kadr və bu kadrlarda əks olunan görüntülərin bizim milli mənəvi dəyərlərimizə zidd olmasıdır.



Təqdim etdiyimiz video görüntü sosial şəbəkələrdə paylaşılmışdır.



Görüntülərdə bir Azərbaycan qadınının bir “xanım” tərəfindən fiziki şiddətə məruz qalması açıqca görünür. Xanımı ya çölə çıxartmaq ya da nəsə etməyə məcbur etmək məqsədi ilə sözün əsl mənasında sürüyürlər.



Bəli, bəli, Azərbaycan xanımını. Bir ananı, bir bacını, bir övladı…



Hansı ki, bu əməli edənlərin də ailəsi, anası, bacısı, övladı var.



Ulu öndərin: Gənclər bizim gələcəyimizdir! – dediyi Gənclər sizdən nə örnək götürəcək?! Bu görüntüləri görən ailə üzvləriniz sizə “afərin” dedimi?!



Belə bir əməli Azərbaycan qadınına qarşı edən kəs, evinə gedib qızının saçını necə oxşayır?! Heçmi utanmır?!



Biz qeyri millətlər tərəfindən əziyyətlər, işgəncələr görmüş bir xalqıq. Biz Xocalını görmüş, ana, bacılarımıza qarşı işgəncələri yaşamış bir millətik. Bu bizə yaraşdımı?!



Bu hərəkəti öz şərəfinizə, ləyaqətinizə necə yaraşdırırsız?!



O xanımın adının nə olmasını, kimliyini, şəxsiyyətini bir kənara qoyaq, daşıdığı statusa baxaq: Azərbaycan Qadını!



Əslində deyəcək, sadalayacaq çox şey var bu məsələ ilə bağlı ancaq bir statla deyəcəklərimizi yekunlaşdırmaq istəyirik.



“ … onlara daha da çox qayğı göstərmək lazımdır, onların qüvvəsindən daha da səmərəli istifadə etmək, onlara daha da çox hörmət etmək, cəmiyyətin minnətdarlığını bildirmək lazımdır.”



Ümummilli Lider Heydər Əliyev



6 mart 1999-cu il

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.