Bu video hazırda oynadıla bilmir.
Azərbaycan niyə Xankəndiyə daxil olmur
3 654 baxış
Son xəbərlər
Tribunainfo.az xəbər verir ki, tanınmış hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Xankəndiyə daxil olmamasının səbəblərini açıqlayıb. Sosial şəbəkə hesabında bu haqda yazan ekspert məsələyə aydınlıq gətirib:
“Niyə Xankəndiyə daxil olmuruq sualına çox rast gəlirəm. Hazırda ərazilərimizdən erməni silahlıları tam çıxarılmayıb, onlara məxsus silahlar, zirehli vasitələr və artilleriya qurğuları bizə tam təhvil verilməyib. Bu prosesdən əvvəl əraziyə daxil olmaq əsassız itkilərə səbəb ola bilər”.
O, tezliklə Xankəndidə bayrağımızın dalğalanacağını qeyd edib:
“Rusiya kontingenti Ağdam, Kəlbəcər və Laçında olduğu kimi erməni silahlılarını ərazidən çıxaracaq, həm də silahları və texnikaları yığıb bizə təhvil verəcək. Bundan sonra əraziyə girmək daha təhlükəsiz olacaq. Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik və ruslarla əlaqədəyik. Bu günə qədər şeytan yuvası olan Xankəndi üzərində bayrağımızı hər an dalğalandıra bilərik, amma bunu itkisiz etməliyik və mütləq yaxın zamanda edəcəyik. Kimsənin şübhəsi olmasın. Rahat olun”.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.