AZ
Video yüklə

Azərbaycan diasporunun gərgin fəaliyyəti

164 baxış Son xəbərlər
Xaricdəki diaspor təşkilatlarının, eləcə də dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğu istiqamətində görülən işlər ölkəmizin qüdrətinin dünya miqyasında daha güclü tanınmasına xidmət edir və bu yöndə atılan addımlar davamlılığı ilə seçilir. Onu da bildirək ki, bu gün inkişafının birlik və həmrəyliyinin yeni mərhələsini yaşayan Azərbaycan diasporu milli maraqlarımızın müdafiəsində fəal iştirak edir.

Vətən müharibəsi dövründə diaspor təşkilatları dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirdi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdi, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdi. İndiki məqamda məhz həmin kəslərin Dünya Azərbaycanlılarının V Qurultayında iştirakı tarixi hadisədir.

Bəli, hazırkı mərhələdə Azərbaycanla bağlı keçirilən istənilən tədbir, eləcə də ölkəmizin iştirak etdiyi beynəlxalq səviyyəli konfranslar qürurvericidir. Heç şübhəsiz, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi barədə qərar da tarixi önəm daşıyır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.