AZ
Video yüklə

“Az, sən kimsən mənə cavab qaytarırsan?!”

12 483 baxış Son xəbərlər
Müğənni Vəfa Şərifova tez-tez efirlərdə haqqında danışan həmkarlarına cavab verib.

Verilişlərin birində qonaq olan ifaçı od püskürüb.

O, artıq səbr kasasının dolduğunu deyərək həmkarlarını təhdid edib:

“Hamısı çıxıb haqqımda danışır. Sonra mən özümü müdafiə edəmdə deyirlər ki, “Az, sən kimsən mənə cavab qaytarırsan?!” Mən cavab qaytarmıram, özümü müdafiə edirəm. Düşünürlər ki, mən susmalıyam. Bu özgüvən haradan gəlir? Özlərində bu haqqı hardan görürlər, anlamıram... Fikirlərşirlər ki, biz hər şey deməliyik, amma Vəfa susmalıdır. Niyə?!

Mən nə qədər susa bilərəm? İnsan bir yerə qədər dözür, ondan sonra partlayırsan. Səbr kasam artıq dolur! Mən danışanda pis danışacağam, hələ ki, susuram, səbr edirəm”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.