AZ
Video yüklə

Aygün Bəylər ilə vida mərasimi başlayıb

108 baxış Son xəbərlər
Mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi başlayıb. Mərasim mərhumun ilk musiqi təhsili aldığı Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçirilir.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət adamları, tanınmışlar iştirak edirlər.
Vida mərasimindən sonra mərhum saat 13:00-da Suraxanı kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 6-da Türkiyədə xəstəxanada vəfat edib. Onun nəşi ötən gün Bakıya gətirilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.