Axund azyaşlı qızı qaçırdı

  • 20.06.2025
  • 0

Bakıda dini xadim azyaşlı qızı qaçırdıb.

 

 

 

Oxu24.com saytının əldə etdiyi məlumata görə,hadisə Abşeron rayonu,Aşağı Güzdək qəsəbəsində baş verib.

 

 

 

Məlumata görə,16 yaşlı qız dini təhsil üçün getdiyi  Aşağı Güzdək qəsəbəsində yerləşən  məscidin axundu  Turab Tahirov tərəfindən qaçırılıb.Məlumata görə,axundun 39 yaşı var.O,Göyçay rayonunun Qaraməryəm kəndindəndir.Axund əvvəl evli  olub.

 

 

 

Mövzu ilə bağlı  jurnalist Amil Xəlil  qaçırılan qızın atasının  müraciətini yayıb.

 

 

 

Qaçırılan qızı atası bildirib ki, qızının atası yaşda bir kişiyə ərə getməsinə icazə verməyəcək.O,hüquq mügahizə orqanlarına müraciət etdiyini də bildirib.

 

 

 

Ətraflı videonu təqdim edirik: