AZ
Video yüklə

AXC könüllüləri hərbi təlimdə: 26 il əvvəlki görüntülər yayıldı

19 baxış Son xəbərlər
Azərbaycan Xalq Cəbhəsinin üzvləri olan könüllülərin 1993-cü ilin yazında keçdiyi hərbi təlimlərin görüntüsü ilk dəfə yayılıb.

Cebhe.info xəbər verir ki, təlim Laçın alayının komandiri, polkovnik Arif Paşanın rəhbərliyi ilə keçirilib.

Arif Paşa Cebhe.info-ya açıqlamasında bildirib ki, ilk dəfə yayılan görüntülər təlimlər başladıqdan bir neçə gün sonra lentə alınıb: “Məqsəd o zaman videoçəkiliş vasitəsilə döyüşçülərə səhvlərini göstərmək və bu səhvləri aradan qaldırmaq idi. Təlimlər bu istiqamətlər keçirilirdi:

1) Taktiki hazırlıq
2)Atıcılıq hazırlığı
3)Sıra hazırlığı
4)Fiziki hazırlıq” .

Arif Paşa bildirib ki, indi yayılan görüntülər də tam deyil.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.