AZ
Video yüklə

"Avtoş" və "Kara sevdası"sı saxlanıldı: Vaqif Əsədovdan açıqlama

42 baxış Son xəbərlər
YPX.AZ-ın 16 fevral tarixində 99 MR 041 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı mikroavtobus və onun sürücüsü Ağa-zadə Nəsimi Akif oğlu haqqında verdiyi sujet əsas tutularaq araşdırma başlanmış və sürücü cəzalandırılmışdır.



Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov YPX.AZ-a məlumat verib.

Vaqif Əsədov bildirib ki:



“Həmin sujetlə əlaqədar dərhal araşdırma aparılaraq sürücü aşkar edilib. Xəzər rayon Dövlət Yol Polis İdarəsindən verilmiş məlumat görə artıq həmin avtonəqliyyat vasitəsi sürücü ilə birgə saxlanılıb.”



Araşdırma zamanı hazırladığımız sujetdə verilən hərəkətlərin öz əksini tapdığını və verilmiş görüntülər təhlükəsiz şəhər kameraları ilə uyğunlaşdırıldığını bildirən polkovnik əlavə olaraq qeyd edib ki:



“Həqiqətən də sürücünün törətdiyi xəta öz əksini tapdığından onun barəsində sənədlər toplanılıb. Toplanmış sənədlər aidiyyatı üzrə Xəzər rayon məhkəməsinə göndərilib və məhkəmənin çıxardığı qərar əsasında sürücü cəzalandırılıb.”

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.