*Avtomobilinizi vura bilərlər*
11 243 baxış
Son xəbərlər
YPX.AZ saytına videoregistratorla qeydə alınmış videogörüntü göndərilib. Sürücü bildirir ki, bir neçə nəfərdən ibarət dələduz dəstə müəyyən məsafə aralıqda, guya bir-birini tanımırmış kimi dayanırlar. Siz avtomobilinizlə dönən zaman isə onlardan biri özünü avtomobilə çırpır və sizin onu vurduğunuzu, xəsarət yetirdiyinizi bildirir. Daha sonra isə dəstənin digər üzvləri "təsadüfən" oradan keçən şəxslər kimi tez özünü hadisə yerinə çatdırır və hadisəni gördüklərini, şahid olduqlarını və sizin məlum şəxsi avtomobillə vurduğunuzu iddia edirlər. Qısası "üzə dururlar". Bundan sonra isə tələyə düşən sürücünü şantaj edib pul "qopartmaq" üçün sövdələşməyə başlayırlar. Biz də YPX.AZ olaraq belə hallarla rastlaşmamaq üçün ilk növbədə hər bir sürücüyə avtomobilinə videoregistrator almağı tövsiyə edirik. Səlahiyyətli orqanların isə məsələni daha ciddi araşdıracağına inanırıq.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.