ATƏT-in Minsk qrupu tarixə qovuşur?
308 baxış
Son xəbərlər
Regiona tez-tez səfərlər edərək yalnız görüntü, söz xatirinə hansısa bəyanatlar verən ATƏT-in Minsk qrupunun hazırkı fəaliyyəti fiaskoya uğrayıb desək heç də yanılmarıq. 44 günlük müharibədən sonra faktiki olaraq fəaliyyətini dayandıran qurumun əhəmiyyəti əslində sözün əsl mənasında azalıb. İndiki məqamda isə demək olar ki, tamamilə sıradan çıxıb. Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bu məqama diqqət çəkməsi əslində dediklərimizi bir daha təsdiqləyir. Digər tərəfdən, rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşların Rusiya ilə təmasları ləğv etməyə can atması da Minsk qrupunun dağılma təhlükəsinə işarədir.
Yarandığı ilk gündən missiyası Qarabağ problemini həll etmək olan Minsk qrupu bu illər ərzində münaqişənin aradan qaldırılması üçün ciddi addımlar atmayıb, əksinə zaman-zaman Ermənistanın işğalçı mövqeyinə dəstəyini ifadə edib. Regionda sülhün təmin edilməsi, sülh müqaviləsinin razılaşdırılması və kommunikasiyaların açılması kimi proseslərdə vasitəçilərin üzərinə böyük öhdəlik düşür ki, Minsk qrupu hazırda bunları etmək iqtidarında deyil. Belə olan təqdirdə bölgədə yeni təsisatın yaranması zərurəti meydana çıxır.
Bəli, Azərbaycan 30 illik Qarabağ problemini cəmi 44 günə həll etməklə “məğlubedilməz” erməni ordusu ilə birlikdə Minsk qrupunu da tarixin qaranlıq səhifələrinə gömüb. Lavrovun məlum açıqlaması isə Rusiya, Fransa və ABŞ nümayəndələrinin təmsil olunduğu qrupun dağılmasının rəsmi etirafıdır.(Real)

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.