Astarada ədavət cinayətə səbəb oldu - saxlanılan var
9 baxış
Son xəbərlər
Astarada köhnə ədavət cinayətə səbəb olub. Tanışının iki mikroavtobusunu yandıran şəxs tutulub.
Xezerxeber.az-ın məlumatına görə, Astara rayonunun Toradi kənd sakini Namik Babayev rayon polis şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında ona məxsus 2 ədəd mikroavtobusun naməlum şəxs tərəfindən yandırıldığını bildirib.
Polis keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astara rayonu, Hamuşam kənd sakini İsrafil Qasımov olduğu məlum olub.
İsrafil Qasımov bu əməli şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib və gecə saat 3:00 radələrində özü ilə gətiridiyi benzinlə Namik Babayevə məxsus ''Ford'' markalı mikroavtobusu yandırdığını bildirib. Nəticədə həmin avtomaşın tamamilə yanıb, yanaşı dayanmış Namik Babayevə məxsus digər mikroavtobus da yanğından qismən zərər görüb.
Faktla bağlı Astara rayon polis şöbəsində İsrafil Qasımov barəsində cinayət işi başlanıb, istintaq davam edir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.