AZ
Video yüklə

Artilleriyaçılarımız təlimləri davam etdirir

61 baxış Son xəbərlər
Qələbə qazanan şəxsi heyət və texnikalar təlimləri davam etdirir Azərbaycan Silahlı qüvvələrinin Artilleriya qoşunları bölmələri 44 günlük qələbə ilə bitən Vətən müharibəsindən sonra da təlimlərini davam etdirir. Gördüyünüz bu texnikalar uğurlu performansları olub. Bir az irəlidə Sizə bu texnikaların ayrı ayrılıqda xüsusiyyətləri barədə danışacam. Ki niyə məhz bu texniklar seçilərək alınıb. Təlim rayonuna çıxan texnikalar yoldadılar, biz isə ona qədər isə Vətən müharibəsinin ilk günü, 27 sentyabra yollanaq. Yeri gəlmişkən, general mayor Ağamir Sultanov Cəbrayılın azad edilməsində göstərdiyi xidmətlərə görə Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə general mayor rütməsi ilə təltif edilib. Cənab genaralı və onun şəxsi heyətini təbrik edirik. Hərbi texnikalar artıq təlim rayonundadır. Ətrafa baxarkən Dana haubitsalarını görürük. Bu texnika Çexiya istehsalıdır. 2018-ci ildən silahlı qüvvələrdədir. Azərbaycan SQ-nin də silahlanmasında olan “Dana” özüyeriyən haubitsası 152 mm likdir. Yeri gəlmişkən, bu haubitsalar “Elbit systems” tərəfindən modernizə olunub, yeni bu Azərbaycan Ordusunda ən müasir versiyasıdır. Yalnız dünyanın ən qabaqcıl ordularında bu haubitsalardan var. Bu tip müasir texnikanın əldə olunması Artilleriya Qoşunlarına bir daha yenilik, atəş təhlükəsizliyi, hədəflərin dəqiq məhvi, atəşin tez bir zamanda və təhlükəsiz açılması, yüksək manevrlilik və bundan əlavə bir sıra üstünlüklər verdi. Elə buna görə də Danaların Azərbaycan Silahlı Qüvvələrinə daxil olması vaxtilə Ermənistanda böyük narahatlıq yaratdı. Digər tərəfdə Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 30 saniyədə atəşə hazır vəziyyətə gətirilir, hər atəşdən sonra 15 saniyə ərzində yenidən hazır vəziyyətə gətirilir. Olduqca dəqiqdir, elə buna görə də Ermənistan Spaykların tətbiqindən sonra döyüş texnikalarını geri çəkməyə məcbur olurdu. Hətta Spayklar dronların köməyi ilə görünməyən hədəfi də məhv edir. Bu “SandCat” avtobilin də üzərində qurulub. Yeri gəmişkən tərcümədə səhra pişiyi adlanan bu zirehli avtomobillər yüksək manevr qapiliyyətlidir. Təkcə 2-ci Qarabağ müharibəsi yox, dünyanın digər döyüş əməliyyatlarında da özünü yaxşı göstərib. ABŞ və İsrail istehsalıdır və modenrləşdirilmiş texnologiyaya malikdir. Dronlardan danışmışkən, təlimdə “Orbiter 2m”ə də rast gəlinir, müharibədə olduğu kimi. İlk çıxdığı gündən Yaxın Şərq bölgəsində əməliyyatlarda uğurlu olmuşdur. istənilən qısa məsafəli əməliyyatlarda kəşfiyyat üçün işlədilə bilər. İsrailin məşhur “Aeronautics Defense Systems” Ltd. adlı şirkəti tərəfindən istehsal olunub. Qurğu 15 km məsafəni qət edir. 5 saata qədər havada qala bilir. Hazırda Azərbaycan Ordusunda olan “Orbiter 2m” modernizə yəni ən son versiyadır. Elə bu dronlar kəşfiyyat məlumatlarını ötürür, hədəflər təyin olunur artilleriya dan atəş açılır. LAR-160 kimi. Bu İsrail tərəfindən istehsal olunmuş reaktiv yaylım atəş sistemidir. Kalibri 160 mm olan raketləri 12–45 km arasında yerləşən istənilən hədəfi məhv etmək qabiliyyətinə sahibdir. Standart atış platforması hər birində 13 raket olan iki buraxıcı qurğudan ibarətdir. Peşəkarlıq baxımından şəxsi heyətimiz kimi baxbu sistem, RM 70 də özünü yüksək səviyyədə göstərdi. Buna “Vampir” də deyilir, Çexiya istehsalıdır. “Vampir”in əsas xüsusiyyətlərindən biri də budur ki məsələn, SSRİ istehsalı olan əfsanəvi 122 mm-lik BM-21 Qradın cəmi 40 raketi mövcuddursa, RM-70 “Vampir”lərdə əlavə olaraq 40 raket də ehtiyatında mövcuddur. Belə ki, əsas buraxılış konteynerində raketlərin atışı başa çatdıqdan sonra həmin hidravlik sistem daha 40 raketi paket halında buraxılış konteynerinə yükləyir və bu proses cəmi 1 dəqiqə vaxt aparır. 9A52-4 Tornado - reaktiv yaylım atəşi sistemi, bənzəri olan “Smerç” reaktiv yaylım atəşi sistemlərindən daha uzaq məsafəni vura bilir. Bu sistemin bir yaylım atəşi ilə yüz futbol meydançası böyüklükdə olan ərazini atəşlə əhatə etmək olur. “Tornado-S” bir yaylım atəşi zamanı hədəfə bir neçə ton ağırlığında partlayıcı maddə “göndərə” bilir. “Smerç” reaktiv yaylım atəşi sistemləri 70-90 km məsafədə hədəfləri vurur, “Tornado-S” isə 120 km. mənzilə malikdir. Bu cür müasir silah sistemləri ilə artilleriya qoşunları Azərbaycanın hərb meydanında üstünlüyünə gətirib çıxardı, Təlim poliqonuna çıxarılan həmin bu texnika, şəxsi heyət isə Azərbaycan Ordusunun daimi güclü olmasına xidmət edir. Azərbaycan respublasına xidmət edirik! REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.