AZ
Video yüklə

Aprel döyüşçüsünün əmisini güllələməsi iddiası doğrudurmu?

403 baxış Son xəbərlər
Bir neçə gün öncə, bir nəfərin əmisini güllələməsi görüntülərini yayımlamışdıq.

Ukrayna mətbuatında da yayılan görüntülərə əsasən, Şəmkir rayonundan olan 46 yaşlı Qurbanov Qabilin öz qardaşı oğlu Qurbanov Mobil tərəfindən bir neçə dəfə atəş açılaraq vurulması iddia edilirdi.

Əmisini güllələdiyi və haqqında cinayət işi açıldığı iddia edilən Qurbanov Mobil, YPX.AZ-ın redakiyası ilə əlaqə saxlayaraq yayımlanan görüntülərdəki şəxsin başqa birisi olduğunu, görüntülərlə heç bir əlaqəsinin olmadığını və bütün bunların şayə olduğunu deyib.

Onun sözlərinə görə belə bir hadisə yaşanmayıb və belə bir əməl tutmasına heç bir əsas yoxdur.

Aprel döyüşlərinin iştirakçısı olan Qurbanov Mobil, mətbuatda yayılan görüntülərin onunla necə əlaqələndirildiyini bilmədiyini bildirərək, öz əmisini vurması və haqqında cinayət işi açılması xəbərlərindən, özünün və ailəsinin narahatlıq hissi keçirtdiyini də bildirib.

Qeyd edək ki, Ukrayna yerli mətbuatının bildirdiyinə görə, hüquq mühafizə orqanları, görüntülərdə vurulan kişinin güllə yarası aldığını, lakin izahat yazmaqdan imtina etdiyini bildirmişdi. Hadisə ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 4.296 (xuliqanlıq) maddəsi ilə cinayət işinin başlandığı da bildirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.