AZ
Video yüklə

Anna Semenoviç sinəsini 5-ci ölçüyə qədər kiçiltdi

485 baxış Son xəbərlər
Rusiyalı ulduz müğənni Anna Semenoviç sinəsinin ölçüsünü azaltmaq üçün plastik cərrahiyyə əməliyyatı edib.



Bunu o NTV telekanalının "Milyonluq sirr” verilişində açıqlayıb.



Bir neçə il əvvəl Semenoviçdə "qiqantomastiya" aşkar edilib: sinəsi 6-cı ölçüdən yuxarı olan qadınlara belə diaqnoz qoyulur.

Ulduzun etirafına görə, buna səbəb tək genlər deyil, həm də stres keşirməsi olub. 5 il əvvəl o hormonal nasazlıq keçirib və bədən ölçüləri artıb.



Semenoviç bildirib ki, yersiz suallar və atmacalar onu boğaza yıgıb və o özünü "çox bədbəxt” hiss edirmiş.



Ətrafdakıların gülüşlərinə son qoymaq üçün qadın həkimlərə müraciət edib və Amerikada cərrahiyyə əməliyyatı keçirərək sinəsini 9-cu ölçüdən 5-ciyə gədər kiçildib.



"Blestyaşiye” qrupunun keçmiş ifaçısı Semenoviç həm də hamiləlikdən qabaq "yükü atmaq” istədiyini bildirib.



O verilişin efirindən üzünü başqalarını ələ salan insanlara tutub: "Düşünün ki, sizin sözləriniz həmin adama nə dərəcədə təsir edə bilər”. (oxu.az)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.