AZ
Video yüklə

Ankarada görkəmli şair Əhməd Cavadın heykəli ucaldılıb

15 baxış Son xəbərlər
Zamanında qələmindən çıxan sözlərin müdafiəsində dağ kimi duran, böyük türkçü, Azərbaycanın dünənini, bu gününü 4 bəndlik şeirdə bizə aşılayaraq qürurla, başı dik oxuduğumuz himnimizin yazarı Əhməd Cavadın xatirəsi Türkiyədə əbədiləşdirildi. Bu gün Türk dünyasının mütəfəkkirlərinin xatirəsi əbədiləşdirilən Türk Tarix Muzey-Park Kompleksində əzəmətli yerini alan Əhməd Cavad bu torpaqlarda qərib deyil. Uğrunda hələ Balkan savaşlarında Qafqaz Könüllü dəstəsində Osmanlı üçün vuruşub. Qələmindən çıxan şeirlərlə də Türk dünyasında xüsusi çəkiyə malik mütəfəkkir həyatının tamamını milli idealogiya üçün sərf etdi desək yanılmarıq.

Şairin doğulmasından 130 il ötür ancaq bu gün onun xatirəsinə göstərilən ehtiram bir daha sübut edir ki, onun Türk dünyası üçün fəda etdiyi ömür hədər getməyib.

Qeyd edək ki, Azərbaycanın Türkiyədəki səfirliyi həmçinin Etimesqut bələdiyyəsinin təşəbbüsü ilə ucaldılan abindənin açılışında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, bələdiyyənin sədri Enver Demirel və Milli Məclisin deputatı Əziz Ələkbərov iştirak etdilər.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.