AZ
Video yüklə

Allahşükür Paşazadə Məhəmməd Əbdül Salamla görüşdü

23 baxış Son xəbərlər
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakı Qlobal Forumunda iştirak üçün Azərbaycanda səfərdə olan İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salamla görüşüb.

Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, Abu-Dabidə İnsan Qardaşlığı Sənədinin imzalanması və bu müddətdə keçən görüş və konfransların təəssüratı çox böyük olub. Azərbaycan da bu prinsiplərdən çıxış edərək İnsan Qardaşlığı Ali Komitəsinin ideyalarını özündə yaşadan, tolerant, multikultural ölkədir.

O, həmçinin qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarını azad etdi və artıq münaqişə başa çatıb. din siyasi alətə çevrilməməlidir. Lakin erməni katolikosu müharibə günlərində də öz xalqını döyüşə, qan tökməyə çağırırdı - deyə Allahşükür Paşazadə bildirib.

Azərbaycana ilk dəfədir gəldiyini deyən Məhəmməd Əbdül Salam isə, qədim mədəniyyətə malik ölkəmizdə olmaqdan məmnunluğunu qeyd edib. Qonaq Azərbaycanın dünyada multikulturalizm mərkəzi kimi tanındığını və ölkəmizdəki dini həmrəyliyin digər ölkələr üçün nümunə olduğunu vurğulayıb.

Eyni zamanda 8-ci Bakı Forumunda iştirak edən Baş katib tədbir barədə fikirlərini bölüşüb.

Daha sonra Baş katib BMT-nin İnsan Qardaşlığı Sənədini Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.

Qeyd edək ki, görüşdə Azərbaycandakı dini konfesiyakarın rəhbərləri də iştirak ediblər.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.