AZ
Video yüklə

Allahşükür Paşazadə Ed Rounu qəbul edib

5 baxış Son xəbərlər
Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ABŞ-ın nüfuzlu Stirlinq Fondunun icraçı direktoru Ed Rounu qəbul etdi.

Şeyxülislam ölkəmizdəki tolerant mühitdən danışaraq, Azərbaycanda əsrlərdən bəri multikultural dəyərlərin son dərəcə önəmli yer tutduğunu diqqətə çatdırdı.

O, 30 il ərzində işğal edilən torpaqlarımızda düşmənin qədim alban, ənənəvi pravoslav kilsələrini erməniləşdirdiklərini, müsəlman məscid və ziyarətgahlarını isə tamamilə dağıdıb, tövləyə çevirdiklərini vurğuladı. Bütün Qafqazın Şeyxi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilər bərpa işlərinin başlanıldığını, multikultural dəyərlərə böyük ehtiramla yanaşan Azərbaycan dövlətinin dağıdılmış mənəvi irsinə sahib çıxdığını, işğalçıların məhv etdiyi bütün dinlərə məxsus mənəviyyat abidələrini bərpa edib dirçəldəcəyini bildirdi.

Stirlinq Fondunun icraçı direktoru Ed Rou qeyd etdi ki, Azərbaycandakı multikultural və tolerant mühiti çox yüksək qiymətləndirməlidir. Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirən Ed Rou Qarabağda bərpa işlərində yaxından iştirak etmək isdədiklərini bildirdi.

Görüşdə iştirak edən Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev isə Azərbaycanda müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan illərdir yaşadığı dedi.

Qeyd edək ki, görüşdə Azərbaycandakı dini konfessiyaların rəhbərləri - Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və digər ictimaiyyət nümayədələri iştirak edirdilər.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.