AZ
Video yüklə

Akopcanyan: İran da belə... Ermənistan məhv olacaq

569 baxış Son xəbərlər
Nikol Paşinyan və onun komandası burnunun ucunda baş verən çox təhlükəli hadisələri nəzərə almadan, Qərb istiqamətində olan işlərə həddindən artıq vaxt sərf edir. İran istiqamətində əvvəlki dostluğun sürətlə itirilməsi prosesi gedir ki, bu da bütün Ermənistan üçün çox həyəcan siqnalıdır.

Axar.az xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Razmik Akopcanyan bildirib.

“Gördüyümüz kimi, Ermənistan daha bir müttəfiqini itirir. Tehran Şuşa bizdə olanda, orada məscid tikdirdi. İndi isə onların lideri deyir ki, Azərbaycanın Şuşa şəhərində olan məsçiddə namaz qılmaqdan xoşbəxtdir... Biz artıq görürük ki, Azərbaycan, Türkiyə və Rusiya üçlüyü necə möhkəmlənir. Belə bir şəraitdə İranın da Ermənistan üçün itirilməsi doğrudan da Ermənistan üçün məhvedici ola bilər”, - deyə erməni ekspert yazıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.