AZ
Video yüklə

Aidin dönüşü sosial şəbəkədə səs-küy yaratdı

126 baxış Son xəbərlər
Keçmiş “HOST” qrupunun üzvü Aid (Orxan Zeynallı) uzun müddət sonra yeni klipini tənqid edib.



Axşam.az xəbər verir ki, “40-cı paralel” adlanan mahnıda Röya Miriyeva ilə duet edən reperin klipində 10-dan çox müxtəlif ölkədə yaşayan azərbaycanlılar çəkilib.



"Aidin geri dönüşü" adlandırılan klip sosial şəbəkədə maraqla qarşılanıb, ekran işi ən çox paylaşılanlar arasında yer alıb.



Bir neçə saata 30 minə yaxın izlənmə alan mahnı “Youtube” trendinə düşüb.



Qeyd edək ki, “HOST” qrupu 2007-ci ildə yaranıb. Bir çox hit mahnılara imza atan qrup Azərbaycan repində yeni dalğa hesab olunurdu. Üzvləri “Beşikdən məzara” adlı konsertlə qrupun fəaliyyətini sonlandırıb və solo karyeraya başlayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.