Ağdamda Milli Qurtuluş Günü qeyd olunub
10 baxış
Son xəbərlər
Milli qurtuluş günü işğaldan azad edilən və artıq dirçəliş mərhələsinə qədəm qoyan Ağdamda qeyd olundu. Ağdamlı ziyalılar, alim və deputatlardan ibarət nümayəndə heyəti məhz bu gün ora səfərə gedərək azad Ağdamı ziyarət etdilər.
Rayon mərkəzində onları işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayaraq Ağdamda görülən quruculuq işləri barədə məlumat verdi.
İlk olaraq Pənahəli xanın imarətgahına baş çəkən qonaqlar Ağdama həyatın qayıdışına şahid olduqlarına görə sevinc hissi keçirdiklərini dilə gətirdilər.
Daha sonra ziyalılar Ağdam cümə məscidini ziyarət edərək rayonda həyata keçirilən yeni tikinti layihələri ilə tanış oldular.
Səfər çərçivəsində Ağdam şəhidlər xiyabanı da ziyarət edildi. Şəhidlərin xatirəsi ehtiramla anıldı.
İşğaldan azad edilən digər rayonlar kimi artıq Ağdamda da yenidənqurma işləri sürətlə davam etdirilir. Yaxın gələcəkdə bura gələnlər erməni vandalizminin dəhşətli mənzərəsi yerinə yeni çiçəklənən Ağdamı görə biləcək.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.