AZ
Video yüklə

Afrində türk əsgərindən duyğulandıran türkü

33 baxış Son xəbərlər
Türk Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsini PKK/PYD-li terrorçulardan təmizlənmək üçün həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında iştirak edən mehmetçiklərdən birinin oxuduğu türkü eşidənləri duyğulandırıb.

“A24.az” “Miliyyet”e istinadən xəbər verir ki, mehmetçik bölgədə silah yoldaşlarına bağlama çalaraq türkü söyləyib.

Sosial mediada paylaşılan və çoxlu sayda bəyənmə toplayan görüntülərdə mehmetçikin terrorçulardan təmizlənən kəndlərdən birində olan evdə oturduğu, bağlama çalıb türkü söylədiyi görünür. “Yazın yağar kar başıma” adlı türküsünü oxuyan mehmetçikin silah yoldaşları isə onu heyranlıqla dinləyir.

“A24.az” həmin görüntüləri təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.