AZ
Video yüklə

ABŞ Hökuməti fəaliyyətini rəsmən dayandırıb

25 baxış Son xəbərlər
"Kommersant" qəzetinə istinadən xəbər veririk ki, ABŞ Konqresi bu gün Bakı vaxtı ilə saat 09:00-da 2018-ci il büdcəsini qəbul edə bilmədiyini bildirib. Nəticədə ABŞ federal nazirlikləri və qurumları öz işlərini dayandırmağa məcbur olublar.
Qeyd edək ki, büdcə anlaşmazlığına ABŞ-a uşaq yaşlarında köçən insanların qorunmasını təmin edən DACA adlı proqramın səbəb olduğu bildirilir.
Xatırladaq ki, ABŞ hökuməti fəaliyyətini son dəfə 2013-cü ildə dayandırıb. O zaman razılaşma 16 gün sonra əldə olunub.
ABŞ hökumətinin fəaliyyətini dayandırması dolların məzənnəsinə qısamüddətli də olsa, mənfi təsir edəcək. Əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsinin önümüzdəki həftə 1,24 səviyyəsinə qədər yüksələcəyi istisna edilmir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.