AZ
Video yüklə

ABŞ bəyan etdi: Qoşunlarımız Menbiçdən çıxmayacaq

33 baxış Son xəbərlər
"Hərbçilərimiz heç bir halda Menbiçdən çəkilməyəcək". APA TV-nin məlumatına görə, bunu ABŞ Mərkəzi Qüvvələr Komandanlığının rəhbəri, general Cozef Votel bəyan edib.



Bu arada ABŞ-ın YPG terrorçuları ilə əməkdaşlıq etdiyi və onlara silah-sursat göndərdiyi ilə bağlı məlumatlar yayıldıqdan sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında ABŞ kimi bir dövlətin terrorçularla əməkdaşlığa son qoymalı və onları tərksilah etməli olduğunu bildirib.



Qeyd edək ki, 2016-cı ildən etibarən ABŞ YPG-ni İŞİD silahlıları ilə mübarizəyə cəlb etməklə, onları silah və maliyyə yardımı ilə təmin etməyə başlayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.