“AA” serialı avtomobilin yolun ortasında park edilməsi sürücünü çaşdırdı
191 baxış
Son xəbərlər
Məsuliyyətsiz sürücülərin avtomobili yolun ortasında park edib getmələri maraqlı halın yaranmasına səbəb olub.
YPX.AZ xəbər verir ki, Hüseyin Seyidzadə küçəsi ilə hərəkət edən sürücü qarşıda Eldar Babayev küçəsinə dönmə əməliyyatı edir və avtomobillərin dayandığını görərək dayanır. Bir neçə metr qarşıda ara küçədən “Mazda” markalı avtomobilin yola çıxmaq istədiyini görən sürücü elə zənn edir ki, 90 AA 596 dövlət qeydiyyat nişanlı “Audi” markalı avtomobil və onun qarşısındakı taksi, “Mazda” markalı avtomobilə yol vermək məqsədi ilə dayanıblar. Bir müddət sonra avtomobillərin tərpənmədiyini görən sürücü “Audi” markalı avtomobilin içinə diqqət edir. Sürücü avtomobildə heç kimin olmadığını və avtomobilləri əslində yolun ortasına park edərək getdiklərinin fərqinə varır.
Bundan sonra sürücü sola manevr edərək avtomobilləri keçir və yoluna davam edir.
Sözügedən görüntüləri sizlərə təqdim edirik:

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.