Bu video hazırda oynadıla bilmir.
9 mart: Prezident mühüm fərman imzaladı
649 baxış
Son xəbərlər
Azərbaycanda Səhiyyənin Təminat Mərkəzi yaradılır.
Oxu24.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Səhiyyə Nazirliyi öz tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi yaratmalı və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Müəyyən edilib ki, qurumun “Publik hüquqi şəxslər haqqında” Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan təsisçisinin səlahiyyətlərini nazirlik həyata keçirir.
Nazirlik qurumun nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etməlidir.
Qurumun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada tədbirlər görməlidir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.