AZ
Video yüklə

7 may üçün iftar və imsak duaları

65 baxış Son xəbərlər
Orucun ən vacib şərtlərindən biri niyyət etməkdir. Niyyət isə belədir. “Niyyət etdim Allah rizası üçün bugünkü Ramazan orucunu tutmağa” Həmçinin hər gün imsak vaxtı oxunan dualar var. Ramazanın 13-cü gününün duası belədir. “İlahi, bu ayda məni natəmizlik və iyrənc şeylərdən pak et. Alın yazısı ilə məni bu ayda olacaqlara səbrli et. Öz köməyinlə məni bu ayda təqvaya və əməlisaleh insanlarla dostluğa müvəffəq et, Ey miskinlərin gözlərinin işığı Allah!” İftar vaxtı isə həmişəki kimi bu dua oxunur. "İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla.”

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.