AZ
Video yüklə
5 mart: İlham Əliyev yeni fərman imzaladı

Bu video hazırda oynadıla bilmir.

5 mart: İlham Əliyev yeni fərman imzaladı

1 979 baxış Son xəbərlər
Prezident İlham Əliyev “Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol”un təsdiq edilməsi haqqında fərman imzalayıb.

Azerforum.com xəbər verir ki, sənədə əsasən 2020-ci il noyabrın 28-də İstanbul şəhərində imzalanmış “Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiq edilib.

Sənədə əsasən, bu fərmandakı protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidirlər.

Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tərəflərə bildiriş göndərmək tapşırılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.