AZ
Video yüklə

4 yaşlı uşaq şahzadə Diana olduğunu söyləyir

13 baxış Son xəbərlər
Avstraliyada yaşayan bir uşaq öznün şahzadə Diana olduğunu söyləməklə dünya mediasının diqqətini çəkib. 4 yaşlı Billi Kempbell tanınmış jurnalist Devid Kempbellin oğludur. Hələ 2 yaşı olarkən o ekranda şahzadə Diananı görərəkən anasına sakit səslə demişdi "Görürsən mən necə gözəl xanım idim?”Anası bu sözlərə gülmüş və bu barədə ərinə də danışmışdı. Lakin daha sonra onlar Billinin şahzadə Dianaya sonsuz marağını hiss etdilər. Uşq Şahzadə Diananın şəkilləri olan jurnallara baxırdı. Heç bir emosiya olmadan çoxlu şık paltarlarının olduğunu, ballarda, rəqs gecələrində iştirak etdiyini insanlara necə kömək etdiyini söyləyirdi. "Mənim Con adlı bir qardaşımda var idi, o kiçikkən öldü,mən isə yolla gedirdim, sonra qəza oldu, çoxlu polislə gəldilər və mən daha şahzadə olmadım” deyə balaca Billi qeyd edir.
4 yaşlı uşağın Şahzadə Diananın həyatı barədə danışdığı qəribə və az bilinən faktlar reinkarnasiya barədə düşünməyə yenidən vadar edir.

Qeyd edək ki, özünü ölmüş məşhur şəxslər kimi qələmə vermə faktlarına çox rast gəlinir. Bir neçə il öncə Türkiyənin Hatay vilayətində də azyaşlı uşaq Barış Manço olduğunu söyləmişdi.
Reinkarnasiya ruhun təkrar qayıdışı və bədənlənməsi, bir bədəndən digərinə keçməsi inancıdır.
Bu gün reinkarnasiyanın dəqiq yaşını və yarandığı yeri müəyyən etmək mümkün deyil. Bə`ziləri onun yarandığı yer olaraq Misiri, bə`ziləri də Hindistanı qeyd etsələr də ayrı-ayrılıqda Kelt və Skandinaviya xalqlarında, Mayya və Astek qəbilələrində də hələ qədimdən belə bir inancın olduğu ortaya çıxmışdır. Lakin bir çox faktlara əsaslanaraq alimlər, hətta ibtidai insanlarda da reenkarnasiya inancının olduğu nəticəsinə gəlimişlərdir. Daha yaxşı anlamaq üçün tarixi seyr içində bu inancın gedişatına nəzər salsaq yəqin ki, pis olmaz. Bu gedişatda günümüzə qədər gəlib çatan ən qədim mə`lumat eramızdan 60-10 min il əvvəl yaşamış olan Kro-Maqnon insanıdır. Bilindiyi kimi, onlar yaşadıqları mağaranın divarlarına ovladıqları heyvanın şəklini çəkər (bu şəkillər günümüzə qədər gəlib çıxmaqdadır), sonra isə onun qarşısında rəqs edərək heyvanın ruhundan üzr istəyirdilər. Buradan isə anlaşılır ki, onlar heyvanda da ruhun olduğuna inanırmışlar . Onlardan bir qədər sonra, yə`ni eramızdan 4 min il əvvəl Amerika qızıldərilərindən Dokato, Mohave və Navotez tayfalarında reenkarnasiyanın izi görünməkdədir. Belə ki, onlar öldükdən sonra ruhun "xoşbəxt ov sahəsi”nə gedəcəyinə inanırdılar. Buna oxşar inanışlar Skandinaviya xalqlarında, Keltlərdə, Qrenlandiya eskimoslarında da var idi. Eskimoslar insanın üçlükdən, vücud, ruh və addan ibarət olduğuna inanırdılar. Onlara görə insan öldükdən sonra vücud çürüyüb getsə də, ruh başqa bədənlə yenidən dünyaya qayıda bilər. Həmin insanın adını yeni doğulan körpəyə qoyduqda isə onun adı dirilmiş olur.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.