AZ
Video yüklə

-30 dərəcədə 5 gün şam yarpaqlarını çeynəməklə sağ qaldı

120 baxış Son xəbərlər
Rusiyanın Çelyabinsk şəhərində meşədə itkin düşən 31 yaşlı Andrey Anufriyev 5 gün boyunca -30 dərəcədən aşağı temperaturdakı soyuq havada sağ qalmaq üçün şam ağacının yarpaqları ilə qidalanıb.

Yarsk-info-un verdiyi məlumata görə, gənc oğlan meşəyə odun kəsməyə gedərkən azıb. Andreyin sözlərinə görə, ilk iki günü rahat keçirib, amma sonradan aclıq və susuzluq onu əldən salıb: «Əriyən qarları içdim, şam ağaclarının iynə yarpaqlarını çeynəyib tüpürürdüm, amma yemirdim».

31 yaşlı odunçu bacardıqca yatmamağa çalışdığını deyir. Lakin onu taparkən huşsuz vəziyyətdə olub.

Xalsedicilərdən biri deyir: «O gödəkçəsini və əlcəyini soyunmuşdu. Huşsuz vəziyyətdə sayıqlayırdı: "Mən artıq ölmüşəm, artıq gecdir". Adətən ölümqabağı yalançı istilik halı hiss edir. Əgər bu hal yaşanırsa, deməli ölməyinə 2-3 saat qalıb».

Xilasedicin sözlərinə görə, cəmi 40 dəqiqə geciksəydilər, onu ölmüş tapacaqdılar.

Hazırda Andrey xəstəxanadan çıxıb. O, bir daha meşəyə qayıtmayacağını bildirib./faktxəbər

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.