AZ
Video yüklə

3-cü dozanın xeyri nədir?

35 baxış Son xəbərlər
Koronavirusun mutasiyası nəticəsində yeni Delta variantının ortaya çıxmasından sonra, Azərbaycan da daxil bir sıra ölkədə 3-cü peyvənd dozası təklif olunur. Buster peyvəndin gücləndirici dozasıdır. O, müxtəlif infeksiyalara qarşı vaksinasiyada tətbiq olunur. Son elmi tədqiqatlara əsasən, COVID-19 xəstəliyi əleyhinə hər iki doza vaksin alan bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin üçüncü doza ilə peyvəndlənmələri tövsiyə edilir. İki doza vaksin almış insanda müəyyən vaxt sonra antitellərin miqdarı düşür. Bununla bağlı mütəxəssislər 3-cü doza vaksini vacib hesab edirlər. Çünki bu, koronavirusa qarşı qoruyuculuğu davamlı edir. buster doza ikinci doza vaksindən 6 ay keçdikdən sonra vurulur

Risk qrupunda olan insanların 3-cü doza vaksin vurdurması xüsusilə önəmlidir. Mütəxəssislər bildirir ki, Yaş artdıqca, risk də artır, ona görə yuxarı yaşlı insanların 3-cü doza vurdurması həyati əhəmiyyətlidir. Ümumilikdə buster doza 6 ay əvvəl iki doza peyvənd vurdurmuş hər kəsə aiddir

Tədqiqatlara əsasən, koronavirus əleyhinə peyvəndin 3-cü dozasını almış yaşı 60-dan yuxarı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb.Qeyd edək ki, 3 cü dozanın qəbulu ilə bağlı vətəndaşlar “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürə bilərlər.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.