AZ
Video yüklə

27 aprelə olan hava ilə bağlı xəbərdarlıq

258 baxış Son xəbərlər
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, səhər duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 17-20, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq. Aprelin 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.