AZ
Video yüklə
21 dekabr: Baş nazir qərar imzaladı

Bu video hazırda oynadıla bilmir.

21 dekabr: Baş nazir qərar imzaladı

475 baxış Son xəbərlər
“Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası” təsdiqlənib.

Oxu24.com-un xəbərinə görə, sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Bu Qayda 1-5-ci kateqoriya dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi qaydasını müəyyən edir.

Bu Qaydanın məqsədi dövlət orqanları tərəfindən illik iş planı və illik hesabatın vahid forma üzrə hazırlanmasını təmin etməklə dövlət qulluğunda insan kapitalından səmərəli istifadəyə nail olmaqdır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.