18 yaşlı Şəhid Xəyyam Daşdəmirov - REPORTAJ
1 053 baxış
Son xəbərlər
YPX.AZ kollektivi olaraq Tovuz rayonunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan Xəyyam Daşdəmirovun məzarını ziyarət edib, yaxınlarının, kənd sakinlərinin Xəyyam haqqında xatirələrini dinlədik. İsmayıllı rayonu, Bali kəndində dəfn olunan şəhidin məzarına gələn ziyarətçilərin ardı-arası kəsilmir. Şəhidin babası, əmisi, kənd icra nümayəndəliyi məzarı önündə şəhidlə bağlı xatirələrini danışıblar. Şəhidin atasının da 4 il Qarabağda döyüşdüyünü, oğluna şəhadət zirvəsinin qismət olmasına görə fəxr etdiyini bildiriblər. Daha sonra şəhidin boya-başa çatdığı evə yollanıb anasının da şəhidlə bağlı xatirələrini dinləyib, dərdinə ortaq olmağa çalışdıq.
Bütün bu çəkilişlər boyu isə İsmayıllı rayon İcra hakimiyyəti, Bali kənd icra nümayəndəliyi əlindən gələn bütün köməyi göstərdi, dəstəyini nümayiş etdirdi. Biz də YPX.AZ olaraq çəkilişdə göstərdiyi köməyə görə Bali kənd icra nümayəndəliyinə bir daha öz təşəkkürümüzü bildiririk.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.