AZ
Video yüklə
16 noyabr: Prezident fərman imzaladı

Bu video hazırda oynadıla bilmir.

16 noyabr: Prezident fərman imzaladı

471 baxış Son xəbərlər
Prezident İlham Əliyev Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

7times xəbər verir ki, fərmanla “Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Müəyyən edilib ki, Azərbaycan Respublikası Kino Agentliyinin nizamnamə fondu 100 000 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Mədəniyyət Nazirliyinə tapşırılıb ki, Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.