15 yaşlı sürücü şəhəri bir-birinə qatdı
314 baxış
Son xəbərlər
İçində iki 15 yaşlı oğlan və iki 14 yaşlı qızın olduğu “Audi” markalı avtomobil ilə yeniyetmələr London küçələrini bir-birinə qatıblar.YPX.AZ xəbər verir ki, Enfilddə sürəti cəmi 10 mil keçən yeniyetməni polis təqib etməyə başlayıb. Daha sonra dayanmaq istəməyən yeniyetmələrin yolunda süni tıxac yaradılıb, hərəkəti dayandırmaq üçün yerə tikanlı xüsusi maneə çəkiblər. Bununla belə yeniyetmə sürücü dayanmaq istəməyib və qarşıda dayanan avtomobillərə zərbələr endirərək qaçmağa çalışıb. Nəqliyyat vasitələrinə xəsarət yetirən sürücü yenə də qaça bilməyib və polislər silahla avtomobilin şüşəsini sındırıb, yeniyetmələri avtomobildən endirməyi bacarıblar. Həmin görüntüləri sizlərə təqdim edirik:
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.