13 yaşlı qıza KİM TƏCAVÜZ EDİB?
2 772 baxış
Son xəbərlər
Bakıda 13 yaşlı qız ana olub. APA TV xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib: "Qız xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməyini xahiş edir". Mərkəz rəhbəri onu da qeyd edib ki, qız ona təcavüz nəticəsində hamilə qaldığını deyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda həmin faktla bağlı araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.