AZ
Video yüklə

11.04.2020 - Dünya təqvimi

81 baxış Son xəbərlər
1. SSRİ xalq artisti, aktyor İsmayıl Osman oğlu Osmanlı 11 aprel 1902-ci ildə Şəkidə anadan olub.
2. Geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, paleontoloq Musa Mirzə oğlu Əliyev 11 aprel 1908-ci ildə Şamaxıda dünyaya gəlib.
3. Şəhid Mahir Ağaxan oğlu Hüseynov 1968-ci il aprelin 11-də Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub.
4. Bu gün Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musa oğlu Musayevin anım günüdür. O, 30 iyul 1957-ci ildə Türkmənistanın Bayraməli şəhərində doğulub.
5. Azərbaycanın Milli Qəhrəmanı Pəhlivan Əhliman oğlu Fərzəliyevin xatirə günüdür. O, 7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində anadan olub.
6. Azərbaycanın Milli Qəhrəmanı Yevgeni Nikolayeviç Karlov da bu gün xatırlanır. O, 1960-cı il mayın 31-də Rusiyanın Tula vilayətinin Dubovka qəsəbəsində anadan olub.
7. Azərbaycanın Milli Qəhrəmanı Yelmar Şahmar oğlu Edilovun anım günüdür. O, 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində dünyaya gəlib.
8. Azərbaycan Milli Ordusunun giziri Səhiyəddin İsmayıl oğlu Abbasov 1994-cü ilin bu günü şəhid olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.