RU
Загрузить видео

Tatuaj etdirənlərə XƏBƏRDARLIQ

Просмотров: 33 Общество
Son zamanlar ən çox istifadə edilən tatuaj növü qaşların formaya salınması məqsədilə istifadə ediləndir. Bu zaman xanımlara 3 təklif edilir: qaşların ənənəvi tatuajı, permanent və ən çox dəbdə olan növ mikroblaydinq. Ən çox istifadə edilən isə sonuncudur.

Permanentlə tatuajın silinməsi prosesi nisbətən çətin başa gəlir. Bəzən göyərir, döymələrin silinməsi üçün istifadə edilən lazer aparatı isə bu rəngi tam silə bilmir və dəridə müəyyən çapıq izələri, ləkələr qalır. Bəzi şəxslərə isə ümumiyyətlə tatuajların heç bir növü tövsiyə edilmir.

Tatuaj elətdirmək istəyənlər müxtəlif infeksiyalar və yoluxucu xəstəliklərdən qorunmaq üçün müəyyən nyuansları mütləq bilməlidirlər. 18 yaşından yuxarı hər kəs tatuaj və döymələr elətdirə bilər. Amma müəyyən qurumnlarda çalışanlara bu icazə verilmir. Bundan başqa müəyyən nahiyələrə ümumiyyətlə tatuaj elətdirmək olmaz.

İstər döymə və ya tatuajlar elətdirərkən, istərsə də onları sildirərkən mütləq peşəkarlara müraciət etməniz tövsiyə olunur. Əks təqdirdə təkcə dərinizdə deyil, həm də səhhətinizdə silinməz izləri qala bilər.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.