RU
Загрузить видео

Şəmkirdə şəhidlər yad olunub

Просмотров: 48 Общество
Şəmkir Rayon polis Şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq rayonda yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, xiyabandakı abidənin önünə əklil qotulub.

Polis əməkdaşları Şəhidlik Zirvəsinə yüksələn rayon sakinlərinin hər birinin əziz xatirəsini dərin ehtiram və hüznlə yad edib.

Daha sonra Birinci Qarabağ Müharibəsi zamanı torpqalrımızın bütövlüyü uğrunda canından keçmiş, şəhid polis Arif Məmmədovun ailəsi ziyarət olunub.

Daha sonra Anım Günü ilə əlaqədar olaraq polis əməkdaşları rayon ərazisində ağacəkmə aksiyası keçirilib. Asayiş keşikçiləri iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı, 500 ədəd müxtəlif ağaclar və güllər əkiblər. Əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.

REAL

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.