RU
Загрузить видео

Şəhidimizin doğum günüdür

Просмотров: 7 Общество
Vətən müharibəsi şəhidi Həmidağa Hüseynzadə bugün doğum günüdür.

Şəhidin xatirəsi 2-ci Fəxri Xiyabanda yad edildi.

Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev,şəhidin ailə üzvləri,şəhid anaları iştirak etdilər.

Tədbirdə şəhidlərinruhu 1 dəqiqəlik sükutla yad edildi,daha sonra dövlət himni səsləndi.

Həmidağa Hüseynzadə 1990-cı il Bakı şəhərində doğulub.

2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.

O 2016 -cı il 2-5 aprel tarixlərində baş verən döyüşlərdə də iştirak edib.

Kapitan Həmidağa Hüseynzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunda, Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Qeyd edək ki, Həmidağa Hüseynzadə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” medalı, “Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.