Şəhid ailələri və qazilərlə görüş keçirildi
Просмотров: 13
Общество
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəhid ailələri və qazilərin iştitarkı ilə “Zəfərimiz əbədidir” adlı tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə yerli şair və yazarların vətənpərvərlik mövzusunda yazdıqları kitab sərgisi ilə tanış oldular.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Qeyd etdi ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə hesabına qarşıdan gələn 2022-ci ili qalib xalqın nümayəndələri kimi qarşılayırıq. Tədbirdə məktəblilərin ifasında şəhidlərə və vətənpərvərliyə həsr edilən şeirlər səsləndirildi.
Sonda Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim edildi.
REAL

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.